“Lider olmaq istəyirəm!” yay məktəbinin üçüncü günü - FOTOLAR

“Lider olmaq istəyirəm!” yay məktəbinin üçüncü günü -  FOTOLAR
  01 Sentyabr 2021    Oxunub:2311
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna hazırlıq məqsədilə iştirakçılar üçün “Lider olmaq istəyirəm!” adlı yay məktəbi təşkil olunur. 10 gün müddətində davam edəcək yay məktəbində Foruma seçim turlarında fəallığı ilə seçilən uşaqlar, o cümlədən şəhid və qazi övladları daxil olmaqla 60 nəfər iştirak edəcək.
Azvision.az xəbər verir ki, təlimlərin üçüncü günü müharibə veteranı, ehtiyatda olan polkovnik leytenant Elmar Hüseynov yeniyetmələrə "Vətəni sevək, ona layiq olaq" devizi altında təlim keçib. Daha sonra Komitənin əməkdaşı Günel Nağdəliyeva uşaqlara "internet təhlükəsizliyi" ilə bağlə məlumat verilib.



Günün ikinci yarısı isə "Kim, harda, nə zaman" intelektual oyunu keçirilib. Uşaqların günlərini maraqlı keçirməsi üçün bütün tədbirlər nəzərə alınıb. Tədbir iştirakçılar tərəfindən də maraqla qarşılanıb.





Digər şəkillərə fotolentdə baxa bilərsiniz:

Aytən Zəhra
FOTO: Anar Bayramlı

Azvision.az

Qalereya




Teqlər:





Xəbər lenti