Lukaşenko ABŞ-ın Əfqanıstandan çəkilməsini utancverici adlandırıb

   Lukaşenko ABŞ-ın Əfqanıstandan çəkilməsini utancverici adlandırıb
  01 Sentyabr 2021    Oxunub:998
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-ın Əfqanıstanda fiaskoya uğradığını və utancverici bir şəkildə bu ölkədən qaçdığını hesab edir.
Azvision.az “BelTA”ya istinadən xəbər verir ki, bu barədə Belarus lideri jurnalistlərə bldirib.

"Bu, biabırçı bir qaçışa çevrilən fiaskodur", - Lukaşenko əlavə edib.

O, ABŞ-ın Əfqanıstandan qaçması fonunda bu ölkədə cərəyan edən hadisələri məntiqli hesab edir: "Əfqanıstanı məğlub edəcək, diz çökdürəcək qüvvə hələ olmayıb və olmayacaq. Tarixdə belə bir şey baş verməyib"

Lukaşenkoya görə, Əfqanıstan problemindən yekun nəticə çıxarmaq hələ tezdir.

"Kabil hava limanındakı xaos əlbəttə ki, kədərlidir. Lakin amerikalılar beyinsiz, axmaq deyillər. Bu müharibə üçün böyük vəsait xərclədilər. Amma silahları qoyub getdilər. Ən müasir silahları niyə atdılar? ABŞ öz qüvvələrini qonşu ölkələrə - Tacikistan, Özbəkistan, Türkmənistana köçürməli və texnikalarını onlara buraxaraq sakitcə bölgəni tərk etməli idi. Heç kim Amerika qoşunlarını texnika ilə qəbul etməkdən imtina etməzdi. Və bu normal olardı. Amma bunu etmədilər. Bir həftə içində oradan gedə bilərdilər. Sakitcə, təlaş olmadan uçub gedəcəkdilər. Lakin bu planı qəbul etmədilər", - Lukaçenko söyləyib.

Azvision.az



Teqlər: Belarus   ABŞ   Əfqanıstan  





Xəbər lenti