Azərbaycanlı aktrisa vəfat edib

  01 Sentyabr 2021    Oxunub :399
Azərbaycanlı aktrisa vəfat edib
Rusiyada sovet aktrisası, RSFSR xalq artisti, Azərbaycan SSR əməkdar artisti Tamilla Ağamirova vəfat edib.
Azvision.az xəbər verir ki, 93 yaşlı aktrisanın ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, T.Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbi və Moskva Bədii Teatrının məktəb-studiyasını bitirib. 1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisası olub.

O, "Don Kixot", "Onun böyük ürəyi", "Əsl dost", "Matteo Falkone", "Koroğlu", "Zəncirlənmiş adam", "Yenilməz batalyon" kimi filmlərdə rol alıb.

Azvision.az

Teqlər: Aktrisa  







Xəbər lenti