Suriyada terrorçuların raket hücumu - Uşaq öldü

Suriyada terrorçuların raket hücumu -    Uşaq öldü
  01 Sentyabr 2021    Oxunub:1137
"Hayat Tahrir əş-Şam" terror qruplaşmasının silahlıları Suriyanın El-Qab vadisinə 25 raket atıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, terror təşkilatının silahlıları Duayr-El-Arkad kəndi ərazisindən çoxsaylı raketdən atəş açıblar. Terrorçuların zərbəsi nəticəsində bir uşaq ölüb, doqquz mülki şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Azvision.az




Teqlər: Suriya  





Xəbər lenti