Britaniya Qarabağın minalardan təmizlənməsinə vəsait ayırıb

   Britaniya Qarabağın minalardan təmizlənməsinə vəsait ayırıb
  02 Sentyabr 2021    Oxunub:1386
Birləşmiş Krallıq ötən ilki Dağlıq Qarabağ münaqişəsindən sonra BMT İnkişaf Proqramının həyata keçirəcəyi tədbirlərə dəstək olmaq üçün 500 000 funt sterlinq (1 milyon manatdan artlq) maliyyə ayırdığını elan edib.
Azvision.az bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.

Krallığın Avropa Qonşuluq və Amerika üzrə dövlət naziri Vendi Morton qeyd edib ki, Dağlıq Qarabağ və ətrafındakı ərazilər dünyanın ən çox minalanmış bölgələrindən biridir. Bu bölgələrdə mülki vətəndaşların həyatlarını itirdikləri və ya həyatları üçün ağır fəsadlar yaradan xəsarətlər aldıqları barədə tez-tez məlumatlar verilir.

"Birləşmiş Krallığın ayırdığı vəsait BMT-nin təcrübəsindən istifadə etməklə ərazinin daha təhlükəsiz olmasına kömək edənlərə təlim və minalardan təmizləmə işlərində texniki dəstək verərək Ermənistan və Azərbaycanda mülki insanların həyatı üçün riskləri azaltmaq məqsədilə istifadə olunacaq. Bununla belə görüləcək daha çox işlər var. Bu səbəbdən beynəlxalq tərəfdaşlarımızı bölgədəki bütün insanların təhlükəsizliyini təmin etmək üçün tələb olunan kollektiv səyləri dəstəkləməyə çağırırıq”, - Morton vurğulayıb

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Britaniya   Azərbaycan  





Xəbər lenti