Ağdamda Monitorinq Mərkəzində Türkiyənin Zəfər bayramı qeyd edilib - FOTO

 Ağdamda Monitorinq Mərkəzində Türkiyənin Zəfər bayramı qeyd edilib -  FOTO
  02 Sentyabr 2021    Oxunub:1278
Azərbaycanın Ağdam şəhərindəki Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Türkiyənin Zəfər bayramı qeyd olunub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin Tvitter səhifəsində məlumat paylaşılıb.

Qeyd olunub ki, Mərkəzdə 30 Avqust Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü münasibətilə bayram proqramı keçirilib.

Xatırladaq ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi yaratmaq barədə razılaşma imzalayıblar. Mərkəz bu il yanvarın 30-da açılıb.




Pərvanə Sultanova
Azvision.az




Teqlər: Ağdam   Türkiyə  





Xəbər lenti