"Putinin sosial şəbəkə hesabları yoxdur" - Peskov

 "Putinin sosial şəbəkə hesabları yoxdur" -    Peskov
  02 Sentyabr 2021    Oxunub:1236
"Rusiya Prezidenti Vladimir Putinin sosial şəbəkələrdə hesabları mövcud deyil. Onun sosial şəbəkələri idarə etməyə vaxtı yoxdur".
Azvision.az xəbər verir ki, bu barədə Kremlin nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin sosial şəbəkələrdə onun adından səhifələrin idarə edilməsini kənar şəxslərə etibar etmir.

"Putinin özünün sosial şəbəkə hesabları yoxdur. Kiminsə bunu onun adından etməsini istəmir. Çünki bunu düzgün saymır”, - Peskov bildirib.

O əlavə edib ki, sosial şəbəkələrdən Rusiya hökumətinin və nazirliklərinin nümayəndələri geniş istifadə edirlər.

Azvision.az



Teqlər: Vladimir-Putin  





Xəbər lenti