FHN havanın dəyişəcəyi ilə bağlı əhaliyə müraciət edib

  02 Sentyabr 2021    Oxunub :418
   FHN havanın dəyişəcəyi ilə bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə müraciət edib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) saytına istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 2-si axşamdan başlayaraq 4-ü səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, bəzi yerlərdə intensiv yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır.

Gözlənilən hava şəraiti ilə əlaqədar nazirlik əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi və zərurət olmadan bayıra çıxmamağı tövsiyə edir.

Qeyd olunub ki, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir: "Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı “112”-yə zəng edin!".

Azvision.az

Teqlər: Hava   FHN  






Xəbər lenti