"Taliban" ABŞ-ın hərbi texnikasını İrana göndərib - KİV

 "Taliban" ABŞ-ın hərbi texnikasını İrana göndərib -  KİV
  02 Sentyabr 2021    Oxunub:1491
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının nümayəndələri bir vaxtlar sabiq hökumətin ordusuna məxsus olan Amerika hərbi texnikasını İrana göndərib.
Azvision.az xəbər verir ki, bu barədə “İran İnternational” nəşri yazıb.

Qeyd olunub ki, söhbət tanklardan və hərbi maşınlardan (Humvees) gedir. Şahidlər onları Tehrandan 80 km aralıda, İranın Hermsar şəhəri yaxınlığında gördüklərini təsdiqləyiblər. Onların foroları da yayımlanıb.

Son bir neçə ildə Tehran və Vaşinqton arasında olduqca gərgin münasibətlər yaşanır. Qəzet yazır ki, İran Əfqanıstan ordusuna verilmiş və ölkəni tərk edərkən atılmış Amerika hərbi texnikasının bir hissəsini almaq üçün “Taliban”la müqavilə bağlasa, bunu Vaşinqton üzərində böyük bir qələbə hesab edəcək.

İran hakimiyyəti hələ də Tehrana avadanlıqların verilməsi ilə bağlı xəbərləri şərh etməyib.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu kiçik Donald bundan əvvəl bildirib ki, Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra "Taliban" onların qoyub getdikləri 85 milyard dollar dəyərində hərbi texnika və silah əldə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   İran   Taliban  





Xəbər lenti