ÜST koronavirusun "Mü" ştammını araşdırır

 ÜST koronavirusun  "Mü"  ştammını araşdırır
  02 Sentyabr 2021    Oxunub:3113
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni növü ilə maraqlanır. Kolumbiyada ilk dəfə aşkar edilən “Mü” ştammını qurum maraq doğuran COVID-19 mutasiyalar siyahısına daxil edib.
Azvision.az xəbər verir ki, bu barədə “New Scientist”in qurumun həftəlik bülleteninə istinadən yaydığı xəbərdə vurğulanır.

Qeyd olunub ki, koronavirusun yeni “Mü” və yaxud B.1.621 ştammı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar olunub. Bu ştamma yoluxma halları yalnız Cənubi Amerikada deyil, Avropada da qeydə alınıb.

ÜST-ə görə, mövcud peyvəndlər bu növə qarşı daha az təsirli olacaq. COVID-19-un "Mü"variantını öyrənmək üçün əlavə araşdırmalara ehtiyac yaranacaq.

Təşkilatın açıqlamasına görə, “Mü” ştamının dünyada yayılması halları azalıb və 1%-dən az təşkil edir.

Azvision.az




Teqlər: Virus    





Xəbər lenti