Tokio-2020: Azərbaycan iki para-atleti finala yüksəlib

      Tokio-2020:     Azərbaycan iki para-atleti finala yüksəlib
  02 Sentyabr 2021    Oxunub:1399
Azərbaycanın qadın para-atletləri Yulia Yanovskaya və Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında 400 metr məsafəyə qaçışda finala yüksəlib.
Azvision.az xəbər verir ki, hər iki idmançı təsnifat mərhələsində ikinci yeri tutub. Yanovskaya 56.56, Vəliyeva isə 55.71 saniyəlik nəticə göstərib. Final mərhələsi sabah baş tutacaq.

Azvision.az



Teqlər:





Xəbər lenti