Əfqanıstan Pakistan sərhədində görünməmiş izdiham - VİDEO

Əfqanıstan Pakistan sərhədində görünməmiş izdiham -  VİDEO
  02 Sentyabr 2021    Oxunub:1654
Əfqanıstan-Pakistan sərhəddində böyük bir izdiham yaşanır. Ölkəni tərk etmək istəyən minlərlə əfqan sərhədə axın edir.
Azvision.az xəbər verir ki, bu barədə “CNN” hadisə şahidlərinə istinadən məlumat yayıb.

Pakistan hakimiyyəti təhlükəsizlik səbəbiylə "Spin-Boldak-Çaman" keçid məntəqəsini bir neçə gün ərzində bağlayacağını elan edib. Bundan sonra ölkəni tərk etmək istəyən əfqanlar panikaya düşərək nəzarət məntəqəsinə axışıblar. Sosial şəbəkələrdə minlərlə insanın respublika ərazisini necə keçməyə çalışdığını göstərən video yayılıb.

Yerli sakinlərdən biri deyib ki, "Spin-Boldak”da indiyədək bu qədər böyük insan izdihamı görməyib. 64 yaşlı Əfqanıstan sakini izdihamın qurbanına çevrilib.

Mərhumun oğlu bildirib ki, ailə üzvləri ilə sərhədi keçməyə çalışıblar, lakin atasını sıxlıqda itirib. Sonradan isə onu ölü tapıblar.

Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhməd deyib ki, bəzi təhdidlərə görə artıq sərhəd keçidində hasarlar qurulub.



Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Pakistan  





Xəbər lenti