Arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

  03 Sentyabr 2021    Oxunub :377
Arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Qobustan rayonunda arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Azvision.az -a rayon prokurorluğundan məlumat verilib.

Belə ki, bu ilin mart ayının 18-də rayon ərazisində 1986-cı il təvəllüdlü rayon sakini Billurə Rəsulovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin əri, 1980-ci il təvəllüdlü Elnur Rasulov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Billurə Rəsulovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

İş üzrə toplanan sübutlar əsasında Elnur Rasulova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azvision.az

Teqlər: Cinayət  







Xəbər lenti