"Əfqanıstanda humanitar fəlakət yaşanır" - Putin

 "Əfqanıstanda humanitar fəlakət yaşanır" -  Putin
  03 Sentyabr 2021    Oxunub:1914
Rusiya Prezidenti Vladimir Putin ABŞ qoşunlarının geri çəkilməsindən sonra Əfqanıstandakı vəziyyəti humanitar fəlakət adlandırlb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya lideri Şərq İqtisadi Forumunun iştirakçılarına videomüraciətində bildirib.

O, Sovet qoşunlarının Əfqanıstanı mütəşəkkil qaydada tərk etdiyini və Kabildə qalan rejimin daha bir neçə il mövcud olduğunu vurğulayıb.

Rusiya lideri, Əfqanıstanın dərslərinə baxmayaraq, kənardan standartlar tətbiq etmək siyasətinin digər ölkələrdə davam etdiyini söyləyib. Onun sözlərinə görə, demokratiya kənardan zorakı vasitələrlə implantasiya edilə bilməz, xalqın ehtiyacı olarsa, özü buna doğru gələcək.

O, Rusiyanın Əfqanıstanın parçalanmasında maraqlı olmadığını da vurğulayıb. Əlavə edib ki, Moskva taliblərin Əfqanıstanın demək olar ki, bütün ərazisini nəzarətdə saxladığı reallığından çıxış etməlidir.

Putin vurğulayıb ki, Əfqanıstandakı vəziyyət Rusiyanın həm özü, həm qonşuları üçün təhlükə yaradır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Vladimir-Putin  





Xəbər lenti