Tokio-2020: Azərbaycan 12-ci qızıl medalını qazandı

  03 Sentyabr 2021    Oxunub :642
      Tokio-2020:    Azərbaycan 12-ci qızıl medalını qazandı
Azərbaycan para-üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.
Azvision.az xəbər verir ki, o, 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə 57.81 saniyəlik nəticə göstərərək, bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 12-ci, Saleyin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.

Azvision.az



Teqlər: Tokio-2020  







Xəbər lenti