Avropa Parlamentinin rəhbəri "Taliban"la dialoqu istisna etmir

 Avropa Parlamentinin rəhbəri "Taliban"la dialoqu istisna etmir
  03 Sentyabr 2021    Oxunub:1488
Avropa Parlamentinin rəhbəri David Sassoli Əfqanıstana humanitar dəhlizlərin təşkili ilə bağlı “Taliban” hərəkatının nümayəndələri ilə dialoqun mümkünlüyünü istisna etməyib.
Azvision.az xəbər verir ki, bu barədə o, “La Repubblica” nəşrinə müsahibəsində bildirib.

“Dialoq üçün ən azı tələb olunan iki məqam var. Əgər Əfqanıstanın yeni hakimiyyəti tərəfindən belə əlamətlər görünsə, geri çəkilməyəcəyik. Humanitar dəhlizlər təşkil etmək istəyiriksə, Kabildə yeni hökumətin razılığına ehtiyacımız var", - parlament rəhbəri deyib.

Sassolinin fikrincə, Əfqanıstandakı humanitar böhranın həlli ilə təkcə qonşu ölkələr məşğul olmamalıdır. Avropa İttifaqı qlobal oyunçu olmaq istəyirsə, başqa istiqamətə baxmalıdır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Avropa-Parlamenti  





Xəbər lenti