"Yaxın günlərdə Pəncşiri tam nəzarətə götürəcəyik"- "Taliban" nümayəndəsi

 "Yaxın günlərdə Pəncşiri tam nəzarətə götürəcəyik"-  "Taliban" nümayəndəsi
  03 Sentyabr 2021    Oxunub:1094
“Taliban” hərəkatı yaxın günlərdə Pəncşir əyaləti üzərində nəzarəti tam ələ alacağını gözləyir.
Azvision.az xəbər verir k, bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi bildirib.

Onun sözlərinə görə, Pəncşirdə döyüşlər davam edir və döyüşçüləri artıq əyalətin bir çox bölgələrinə daxil olublar.

"Hesab edirik ki, yaxın günlərdə Pəncşiri tam nəzarətə götürəcəyik. Bütün istiqamətlərdə döyüşlər gedir, əmirliyin mücahidləri Pəncşirin mərkəzinə doğru irəliləyirlər. Hazırda bizim nəzarətimizdə olan strateji sahə Xavakdır. Şərqdəki bir çox bölgə də bizim nəzarətimizdədir. Hunlar həm ərazi, həm də əhali baxımından böyük rayonlardır. Əyalətin təxminən 20% -nə nəzarət edirik", - hərəkatın nümayəndəsi söyləyib.

Pəncşir Kabilin şimal-şərqindəki yüksəkliklərdə yerləşən, "Taliban"ın nəzarətində olmayan yeganə əyalətdir. Əfqanıstan Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud taliblərə qarşı mübarizəni davam etdirir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Pəncşir  





Xəbər lenti