"Qarabağda müharibə başa çatıb" - Lavrov

  03 Sentyabr 2021    Oxunub :580
   "Qarabağda müharibə başa çatıb" -    Lavrov
Dağlıq Qarabağda müharibə bitib. Siyasi prosesin, nəqliyyat və iqtisadi əlaqələrin bərpa üçün əsaslar yarandığına görə Ermənistanla Türkiyənin münasibətlərin normallaşması istiqamətində səyləri bərpa etmək məntiqli olardı.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrovun sözlərinə görə, Rusiya bu məsələdə onları ən fəal şəkildə dəstəkləməyə hazırdır.

Azvision.az

Teqlər: Qarabağ  







Xəbər lenti