Cəlilabadda iki koronavirus xəstəsi saxlanılıb

  03 Sentyabr 2021    Oxunub :482
Cəlilabadda iki koronavirus xəstəsi saxlanılıb
Cəlilabadda yaşayış yerini tərk edən aktiv koronavirus xəstələri aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Cəlilabad rayon sakinləri - E.Xammədov və İ.Əzizov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və onlara tətbiq edilən qaydalara riayət etmələri, yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq və xəstəliyin digər insanlara yoluxmasına real təhlükə yaradaraq yaşadıqları ünvanları tərk etdikləri müəyyən edilib və onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar

Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Koronavirus   Xəstə  







Xəbər lenti