Azərbaycanda dairə seçki komissiyalarına sədr və katiblər seçilib

  03 Sentyabr 2021    Oxunub :461
   Azərbaycanda dairə seçki komissiyalarına sədr və katiblər seçilib
Azərbaycanda dairə seçki komissiyalarına yeni sədr və katiblər seçilib. Ötən iclasda 125 dairə seçki komissiyası formalaşdırılıb və artıq həmin komissiyalar fəaliyyətə başlayıb.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında deyib.

MSK sədri qeyd edib ki, növbəti addım məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır: “Məntəqə seçki komissiyaları formalaşdırılarkən nəzərə alınmalıdır ki, MSK tərəfindən buraxılmış seçki məntəqələrində komissiya üzvləri heç bir seçki komissiyasında üzv kimi iştirak edə bilməzlər.

Seçki məntəqələri yenidən formalaşdırılır. Buraxılmış məntəqələrin komissiya üzvləri hazırda heç bir səlahiyyətə malik deyillər”.

Azvision.az

Teqlər: MSK  







Xəbər lenti