DSK rəhbərləri yoxlamalardan keçəcək

  03 Sentyabr 2021    Oxunub :344
DSK rəhbərləri yoxlamalardan keçəcək
“Bəzən xoşagəlməz hallarla bağlı hansısa dairə və məntəqə seçki komissiyasını buraxırıq”.
Azvision.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, dairə və məntəqə seçki komissiyalarına layiqli üzvlər seçilməlidir: “Dairə və məntəqə seçki komissiyalarının rəhbərliyini, o cümlədən imkan daxilində üzvləri yoxlamadan keçirməyə çalışacağıq. Çalışmalıyıq ki, hansısa xoşagəlməz hallar gələcəkdə baş verməsin”.

Azvision.az

Teqlər: MSK  






Xəbər lenti