Daha iki qazi yüksək texnologiyalı protezlə təmin olunub
A.Abdullayev Ağdam rayonu uğrunda döyüşlərdə ağır yaralanaraq hər iki ayağını itirib. Dövlət başçısının Sərəncamları ilə o, “Cəsur döyüşçü” və “Ağdamın işğaldan azad olunmasına görə” medalları ilə təltif edilib.
A.Yusifov isə Suqovuşan, Talış istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq sol ayağını itirib. O da Prezident İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Hər iki qaziyə əlilliyə görə aylıq sosial ödənişlər təyin edilib.
Nazirlik ötən ilin dekabrından qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlayıb və artıq 140-dan çox hərbçi ən müasir protezlərlə təmin olunub və bu proses davam edir.
Azvision.az