Gürcüstanda daha 83 nəfər koronavirusdan ölüb

Gürcüstanda daha 83 nəfər koronavirusdan ölüb
  04 Sentyabr 2021    Oxunub:830
Gürcüstanda son sutka ərzində 2684 nəfər koronavirusa yoluxub, 83 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

Ölkə üzrə ümumi yoluxma sayı 562 627-ə çatıb. İndiyədək 509 181 xəstə sağalıb, 7 732 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, hazırda Gürcüstanda koronavirusun üçüncü dalğası davam edir.

Azvision.az



Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti