Qəhrəmanlarımızın övladları da tələbə oldular - Təbrik edirik!

 Qəhrəmanlarımızın övladları da tələbə oldular -  Təbrik edirik!
  04 Sentyabr 2021    Oxunub:3433
Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Nəticələrə əsasən, bu il tələbə adını qazanan abituriyentlər içərisində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın övladları da var.
Azvision.az qəhrəmanlarımızın Vətənə əmanət edilən övladlarının hansı ali təhsil müəssisələrinə daxil olmasını təqdim edir:

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasına qəbul olub.


Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan mayor Elçin Alıyevin oğlu Orxan Alıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası Məşqçi ixtisasına qəbul olub.


Tovuz döyüşlərində qəhrəmancasına şəhadətə ucalan mayor Anar Novruzovun qızı Firuzə Novruzova Xəzər Universitetinin Tarix müəllimliyi ixtisasına qəbul olunub.



Vətən müharibəsinin qəhrəman şəhidi, müddətdən artıq hərbi xidmətçi Fərəcov Zülfüqarın oğlu Əmrah Texniki Universitetin tələbəsi adını qazanıb.



Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan leytenant Azər Şəmilovun oğlu Fədayət Şəmilov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinə qəbul olub.



Aprel döyüşlərində qəhrəmancasına şəhadətə ucalan mayor Rasim Məmmədovun qızı Aysu Məmmədova Türkiyə Respublikası Bilecik Şeyh Edebali Universitetinin Maliyyə fakültəsinə qəbul olub.



Tələbə adını qazanan qəhramanlarımızın övladlarını təbrik edirik

Aytən Zəhra
Azvision.az


Teqlər: Tələbə  





Xəbər lenti