Ötən elektrik enerjisi istifadəsində yeni rekord qeydə alınıb

  04 Sentyabr 2021    Oxunub :586
Ötən elektrik enerjisi istifadəsində yeni rekord qeydə alınıb
“Azərişıq” ASC tərəfindən verilən məlumata əsasən xidmət göstərilən ərazilər üzrə avqust ayı üçün elektrik enerjisinə tələbatda rekord göstərici qeydə alınıb.
ASC-dən Azvision.az -a verilən məlumata görə, avqust ayında havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat yüksək olmuşdur. Bu da, təbii olaraq elektrik enerjisi istehlakının artmasına səbəb olmuşdur. Cari ilin Avqust ayı ərzində enerji göstəricisinə təlabat 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik ortalama olaraq 16,1 milyon kVts artmışdır. Avqust ayının 10-u elektrik enerjisinin günlük tələbatı “Azərişıq” ASC üzrə 72,2 milyon kVts qeydə alınmışdır ki, bu da elektroenergetika tarixində rekord göstərici olmuşdur. Avqust ayında ümumi artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 500,0 milyon kVts-dır.

“Azərişıq” ASC tərəfindən abonentlərə xəbərdarlıq edilir ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur ki, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaqdır. Abonentlərimizdən bir daha xahiş olunur ki, elektrik enerjisindən istifadədə təhlükəsizlik qaydalarına riayət etsinlər. Həmçinin hər bir abonent sahə personalına müraciət etməklə sayğac göstəricilərinin qeydiyyata alınmasında şəxsən iştirak edə bilər.

Ayrıca qeyd etmək istəyirik ki, oxunma qrafiklərindən kənarlaşmaların aradan qaldırılması, indeks göstəricilərinin sistemə daxil edilməsində insan faktorunun və xətanın 0-a endirilməsi eyni zamanda hesabat dövrünün qüsursuz icra edilməsi üçün “Azərişıq”ASC-də yeni layihələrdən biri olan, sayğacların optik göz vasitəsilə oxunması işi reallaşdırılır. Sayğac göstəricilərinin birbaşa sistemə ötürülməsi insan faktoru olmadan həyata keçirilir.

İstehlakçılarımız tərəfindən elektrik enerjisinin istifadəsinə dair hər hansısa bir problem olduğu təqdirdə “Azərişıq”ASC-yə məxsus [email protected] elektron poçt ünvanına və ya 199 “Çağrı Mərkəzi”nə müraciət etmələri tövsiyə olunur.

Azvision.az

Teqlər: Elektrik  






Xəbər lenti