Şəhidimizin həyat yoldaşı tələbə oldu - FOTOLAR

   Şəhidimizin həyat yoldaşı tələbə oldu -    FOTOLAR
  04 Sentyabr 2021    Oxunub:3912
Bu gün tələbə adını qazananlardan biri də 44 günlük Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənovadır
Azvision.az xəbər verir ki, bu barədə Əzizə Həsənova sosial şəbəkədə paylaşım edib

Şəhidin xanımı Odlar Yurdu Universitetinin “Mühasibat” fakültəsinə daxil olub:

“Oxumaq heç zaman gec deyil. Tələbə adını qazandım. Qəbul olan hər kəsi təbrik edirəm. Ruhun şad olsun, Farizim. Mənə olan dəstəyin, köməyin nəticəsində bu uğurlara imza atıram. Şəhidin dünyaya təsiri bu olsa, gərək”, - deyə o qeyd edib.



Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Fariz Həsənov oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. O, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.





Aytən Zəhra
Azvision.az



Teqlər: Tələbə  





Xəbər lenti