Rusiyada Facebook, Telegram və Twitter böyük məbləğdə cərimələnə bilər

 Rusiyada    Facebook, Telegram və Twitter    böyük məbləğdə cərimələnə bilər
  04 Sentyabr 2021    Oxunub:1475
Telegram, Facebook və Twitter qadağan edilmiş məlumatların silinməsi tələblərinə əməl etmədiklərinə görə 72 milyon rubl (1,677,600 AZN) məbləğində cərimə ödəməyə məcbur edilə bilərlər.
Azvision.az xəbər verir ki, bu barədə TASS-a sentyabrın 4-də Taqanski Dairəsinin 422-ci Mülki Məhkəməsindən məlumat veriblər.

Sentyabrın 14-də keçiriləcək məhkəmə iclasında Telegram messenceri, Twitter və Facebook sosial şəbəkələriylə əlaqədar bir neçə protokola baxılacaq. Məhkəmə qeyd edib ki, Facebooku 40 milyon rub l (932,000 AZN) , Twitter və Telegramın hər birini isə 16 milyon rubl (372,800 AZN) cərimə gözləyir.

Bir müddət əvvəl REGNUM agentliyi xəbər vermişdi ki, avqustun 26-da Moskvanın Taqanski Rayon Məhkəməsi Rusiya Federasiyasında məlumatların lokallaşdırılmasından dəfələrlə imtina etdiyi üçün Facebook və Twitter sosial şəbəkələrini, həmçinin WhatsApp messencerini ümumilikdə 36 milyon rubl (838,800 AZN) məbləğində cərimələyib.

Nadir Quliyev
Azvision.az



Teqlər: Rusiya   Sosial-Şəbəkələr   Cərimə  





Xəbər lenti