Qəbələdə qardaşlardan silah-sursat götürülüb

Qəbələdə qardaşlardan silah-sursat götürülüb
  04 Sentyabr 2021    Oxunub:875
Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib.
Bu barədə Azvision.az - a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngləri, 7 ədəd patron, 1 ədəd patron darağı, 1 ədəd bıçaq və 2 ədəd fənər götürülüb.

Azvision.az



Teqlər:





Xəbər lenti