Pəncşirdə 600 "Taliban" döyüşçüsü öldürülüb

Pəncşirdə 600 "Taliban" döyüşçüsü öldürülüb
  04 Sentyabr 2021    Oxunub:1093
Əfqanıstanın Pəncşir əyalətində “Taliban” hərəkatının yüzlərlə döyüşçüsünün məhv edilib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müqavimət qüvvələrinin nümayəndəsi Fahim Dəşti bildirib.

“Səhər Pəncşirin müxtəlif bölgələrində təxminən 600 “Taliban” terrorçusu məhv edildi. Mindən çox “Taliban” döyüşçüsü əsir alındı ​​və ya təslim oldu”, - deyə Dəşti “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, “taliban”çılar digər əyalətlərdən yardım almaqda çətinliklə üzləşiblər.

“Al-Jazeera” telekanalının “Talibanda”kı mənbəyə istinadən verdiyi xəbərə görə, Pəncşir əyalətinə edilən hücum bölgənin paytaxtı Bazaraka gedən yolun minalanması nəticəsində yavaşlayıb. Buna görə də “Taliban” Pəncşirin qubernatorunun iqamətgahına girə bilməyib.

Azvision.az


Teqlər: Taliban  





Xəbər lenti