“Taliban” Pəncşir qubernatorunun ofisini ələ keçirdi

  04 Sentyabr 2021    Oxunub :374
   “Taliban” Pəncşir qubernatorunun ofisini ələ keçirdi
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı müqavimət qüvvələrinin sığındığı Pəncşir vilayətinin mərkəzinə daxil olub və vilayət rəisinin ofisini zəbt edib.
Azvision.az xəbər verir ki, bu barədə “Times of India” nəşri öz mənbələrinə istinadən yazıb. Müqavimət qüvvələri öz açıqlamasında bildirib ki, “Taliban” Pəncşirlə Kapis vilayətinin sərhədindəki Dərbənd yüksəkliklərinə çatıb, ancaq onların hücumu dayandırılıb.

Xatırladaq ki, müqavimət qüvvələri bir gündə 600-dək “Taliban” silahlılarını öldürdüklərini açıqlayıb.

Azvision.az

Teqlər:







Xəbər lenti