“Beynəlxalq Ordu Oyunları"nın bağlanış mərasimi keçirilib - FOTOLAR

  04 Sentyabr 2021    Oxunub :556
“Beynəlxalq Ordu Oyunları"nın bağlanış mərasimi keçirilib -    FOTOLAR
Rusiyanın paytaxtı Moskva şəhəri ətrafında yerləşən "Patriot" parkında "Beynəlxalq Ordu Oyunları - 2021" yarışlarının təntənəli bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az - a verilən məlumata görə, mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev və yarışlarda təmsil olunan digər dövlətlərin nümayəndələri iştirak ediblər.

Bağlanış mərasimində Rusiyanın tanınmış ifaçılarının, o cümlədən "Mədəniyyət Ordusu" müsabiqəsində iştirak edən komandaların birgə konsert proqramı baş tutub.
Tədbir atəşfəşanlıqla sona çatıb.

Qeyd edək ki, Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Rusiyada "Tank biatlonu" və "Mədəniyyət Ordusu", İran İslam Respublikasında "Dəniz kuboku", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqələrində uğurla iştirak edib.







Azvision.az

Teqlər:







Xəbər lenti