ABŞ-da insanlara atəş açılıb, 3 nəfər ölüb

   ABŞ-da insanlara atəş açılıb,    3 nəfər ölüb
  05 Sentyabr 2021    Oxunub:890
ABŞ-ın paytaxtı Vaşinqtonun şimal-qərbində baş vermiş atışma nəticəsində 3 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Kolumbiya dairəsinin polis idarəsinin rəhbəri Robert Konti məlumat verib. O, yaralıların həyatı üçün təhlükənin olmadığnı söyləyib.

Qeyd edilir ki, dünən axşam saatlarında naməlum şəxslər avtomobildən düşərək yaxınlıqdakı insanlara atəş açıblar, sonra isə gizləniblər.

Konti cinayətkarlar haqqında informasiya verənə 75 min ABŞ dolları məbləğində mükafat vəd verib.

Azvision.az



Teqlər: ABŞ  





Xəbər lenti