Hava kəskin dəyişəcək - Xəbərdarlıq

   Hava kəskin dəyişəcək -     Xəbərdarlıq
  05 Sentyabr 2021    Oxunub:886
Hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edilib.
Azvision.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 6-sı axşamdan 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 7-si axşam, 8-i gecə yarımadanın bəzi yerlərində arabir 27 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

Şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sentyabrın 6-sı axşamdan 8-i gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Lənkəran-Astara zonasında isə güclü olacağı ehtimalı var. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi istisna olunmur. Qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Azvision.az



Teqlər: Hava  





Xəbər lenti