Qarabağın "səma qapıları" açıldı - FOTOREPORTAJ

  05 Sentyabr 2021    Oxunub :2177
 Qarabağın "səma qapıları" açıldı -  FOTOREPORTAJ
Bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.
Simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə "QARABAĞ" adını daşıyır (AZAL-ın
donanmasında olan təyyarələr Azərbaycanın rayon və şəhərlərinin şərəfinə adlandırılıb).


Bundan əlavə, Azərbaycanın "Silk VVay" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.
Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil
edib.


“Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tikinti işlərinə birbaşa
nəzarəti sayəsində mümkün olub. Dövlət başçısının qeyd etdiyi kimi, bu hava limanı
Qarabağa hava qapısı olacaq. Qeyd etmək istərdim ki, qısa müddətə baxmayaraq, Füzuli
hava limanı beynəlxalq hava limanları münasibətində irələ sürülən bütün yüksək tələblərə
uyğun şəkildə inşa edilib ”, - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.


Füzuli beynəlxalq hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı
istismara verilib. Uçuş-enmə zolağı, ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların
təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikincil radiolakasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.


Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini İdarəetmə (HHİ) qülləsinin
tikintisi başa çatıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və АТА standartlarına
müvafiq qaydada uçuşların başlanması mümkün olacaq. Aeronaviqasiya sisteminə və
işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni
beynəlxalq hava yolları tətbiq olunur.


Gələcək aerovağzal kompleksinin elektrik eneriisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır. Qazanxana və digər köməkçi binaların tikintisi başa çatıb.


Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Həmçinin, Füzuli beynəlxalq hava limanını “Zəfər Yolu” və Şuşa şəhərinə aparan magistral yolu ilə birləşdirən avtomobil
yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.


Qeyd edək ki, həmçinin dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında
beynəlxalq hava limanlarının tikintisi davam edir.




































Şahanə Rəhimli
Anar Bayramlı

Azvision.az


Teqlər: Füzuli-aeroportu   Qarabağ  







Xəbər lenti