Qaxda "COVID yoxlamaları" keçirilib

Qaxda "COVID yoxlamaları" keçirilib
  05 Sentyabr 2021    Oxunub:1481
Qaxda karantin rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərarların icrası ilə əlaqədar nəzarət-yoxlama tədbirləri davam etdirilir.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az - a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən hotellərdə monitorinq aparılıb və mövcud tələblərin yerin yetirilməsinə nəzarət olunub.

Belə ki, planşet vasitəsilə orada qalan qonaqların COVID-19 pasportlarının olub-olmaması yoxlanılıb, həmçinin otellərin inzibatçıları ilə izahedici söhbətlər aparılıb. Sentyabrın 1-dən etibarən tətbiq edilən yeni qaydaya əsasən gələn qonaqlardan COVID-19 pasportu tələb etmələrinin vacibliyi vurğulanıb, əks təqdirdə belə hallar aşkarlanarsa, onların barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.

Azvision.az



Teqlər: Qax   Yoxlama  





Xəbər lenti