Şaddır indi Füzuli ki, tapıb kuyinə yol... Özü də hava yolu! – VİDEOREPORTAJ

    Şaddır indi Füzuli ki, tapıb kuyinə yol...  Özü də hava yolu! –    VİDEOREPORTAJ
  05 Sentyabr 2021    Oxunub:7179
Bakıdan uçan ilk təyyarənin Füzuli Hava Limanına enməsi nə deməkdir? Bunu necə təsvir edəsən ki, hadisənin tarixi, siyasi, mənəvi yükünə adekvat olsun? Heç cür. Bəlkə ancaq Füzuli yaradıcılığından iqtibaslar köməyimizə çata bilər.
Füzuli rayonunun taleyi ilə adını daşıdığı dahi Füzulinin yaradıcılığı arasında qəribə bir bənzərlik var. Füzuli poeziyasında kədər, həsrət hakim olsa da, bu, içində bir ümid işığı daşıyan məlaldır. Füzuli həmişə inanır ki, “...derlər, var sübh!” Bir gün dan yeri yaxasını yırtacaq. O, şükr edir ki, “zülmət gecəsi görsənir nuri-səhər dövləti-bidarımıza”.

Biz bax, həmin anın – Füzulinin illərlə gözlədiyinin şahidi olduq:
Ey Füzuli, qurtarıb dünya qəmindən canımız,
Bir də möhnət çəkməyə bizdə о halət qalmamış...


Ey Füzuli, vəsli-yar mümkündür!
Bir dəm, Füzuli, yetişdik arzumuza!
Ey könül, hicran qəmindən bir əlamət qalmamış...


Şahanə Rəhimli
Əhməd Xəlilov
Anar Bayramlı
Montaj: Azər Həsənov

Azvision.az


Bu material Medianın İnkişafı Agentliyinin Dəstəyilə Hazırlanıb
Mövzu: 6.3.7 İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış


Teqlər: Füzuli   Qarabağ  





Xəbər lenti