ABŞ ordusu insanı susdura bilən cihaz hazırlayıb- FOTO

   ABŞ ordusu insanı susdura bilən cihaz hazırlayıb-   FOTO
  06 Sentyabr 2021    Oxunub:3891
Amerika hərbi sənayedə yeniliklərini davam etdirir. Bu günlərdə məlum olub ki, ABŞ Hərbi Dəniz Qüvvələri insanı susdura bilən elektron cihaz hazırlayıb.
Azvision.az xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. Məqalədə qeyd edilir ki, cihaz qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir və o uçan aparatlar üçün nəzərdə tutulmayıb. AHAD (Akustik pozuntu və narahatlıq-red.) adı alan elektron silah İndianadakı Dəniz Elmi Tədqiqat Mərkəzinin mühəndisləri tərəfindən hazırlanıb və o natiqin konsentrasiyasını poza bilir. Hədəfdə olan şəxsin danışmağa davam etməsi çətinləşir və silah sayəsində gecikdirilmiş eşitmə əlaqəsi yaradılır. Bu həm də normal nitq qavrayışını dəyişir. Bir sözlə, qurğu insanın danışığını çətinləşdirir.



Yeni silahın hələ 2019-cu ildə patentləşdirildiyi və cihazın artıq lazımi sınaqlardan keçdiyi bildirilir. Məqalədə bu qeyri-adi qurğunun əsas məqsədinin düşmənin fikrini dağıtmaq olduğu bildirilir. Müəllifə görə AHAD -ın funksiyasına hələlik yalnız bir şəxsə təsir etməkdir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Silah   ABŞ   Cihaz  





Xəbər lenti