"Paşinyan Əliyevdən cəsarət öyrənsin" - Erməni ekspert

"Paşinyan Əliyevdən cəsarət öyrənsin" -  Erməni ekspert
  07 Sentyabr 2021    Oxunub:1679
"Bəlkə, Paşinyan cürət edib, bizə donuz münasibət sərgiləməsini açıq şəkildə Ruiyanın üzünə çırpsən?!" Bu açıqlamanı verən erməni analitik Tevos Arşakyan Azərbaycan prezidenti İlham Əliyevin qətiyyətli siyasətini nümunə göstərib.
Rusiyalı həmsədr İqor Xovayevin Emənistana səfəri fonunda ötən ilin dekabrında Bakıya gəlmiş ATƏT-in Minsk qrupunun amerikalı və fransalı həmsədrlərinə onları dəvət etmədiklərini söyləyən İlham Əliyevin qətiyyətini vurğulayan Arşakyan bu məsələdə Rusiya amilini xüsusi qabardır. Onun fikrincə, Rusiya Paşinyanı Putinin iradəsinin əleyhinə hakimiyyətə gəldiyinə və Kremlin əlaltılarını siyasi səhnədən uzaqlaşdırdığına görə cəzalandırıb.

- Lakin, Nikol Vovayeviç yenə də Moskvaya yarınmaq siyasəti aparır ki, bu da Kremlin Ermənistanı müstəqillikdən tam məhrum etmək məqsədilə uzlaşır. Baxın, Rusiya Ermənistanda öz hərbi iştirakını gücləndirir, bizə həddindən çox silah kreditləri verir, eyni zamanda isə Ermənistanı “Artsax”ın olub-qalan qarantı statusundan məhrum edir. Putin Paşinyana və Sarqsyana hətta 30 illik müstəqilliyini qeyd edən “Artsax"a getməyə belə icazə verməyib ,- deyə Aşakyan vurğulayır.

Sonda Ermənistanın baş nazirinin Əliyev olmadığından təəssüfləndiyini deyən erməni ekspert Paşinyanın rusiyalı həmsədr İqor Xovayevə qapını göstərməyə cürəti çatmadığını bildirib. Necə ki, Azərbaycan prezidenti amerikalı və fransalı həmsədrlərə münasibətdə bunu etmişdi. "Halbuki, Paşinyan Xovayevi qəbul etməməklə Rusiyaya və bütün dünyaya, ilk növbədə isə öz xalqına sübut edərdi ki, bizim hələ qürurumuz və ləyaqətimiz qalıb, biz Moskvanın əlində sözəbaxan alət deyilik. Amma çox yazıqlar ki, Xovayevin və Nikol Vovayeviçin üzündəki təbəssüm ölkə sakinlərinə göstərir ki, təhqir piyaləsini biz hələ axıra qədər içməmişik",- Arşakyan deyib.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti