Ukraynalı həkimlər qazilərimizi müayinə ediblər

Ukraynalı həkimlər qazilərimizi müayinə ediblər
  06 Sentyabr 2021    Oxunub:1268
"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin təşkilatçılığı ilə “Novamed” Tibb Mərkəzində Ukraynadan dəvət olunmuş həkimlər 40-a yaxın qazimizi müayinə ediblər.
Azvision.az xəbər verir ki, qazilərin tibbi müayinələri, həkim qəbulu, laborator analizlər və digər bütün tibbi xidmətlər pulsuz təşkil olunub. Tibbi müayinə aksiyasında Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti, klinkanın rəhbər və tibbi personalı iştirak edərək çıxışlar ediblər. Çıxış edənlər bildiriblər ki, birlik tərəfindən davamlı olaraq şəhid ailələrinə və qazilərə bu cür tibbi əhəmiyyətli dəstəyin həyata keçirilməsində əsas məqsəd ölkəmizin həssas təbəqəsinin sağlamlığının vacibliyini ğnə çəkməkdi. “Məqsəd dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərin sağlamlığının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdikləri uğurlu fəaliyətə ictimai təkan olmaqla yanaşı tibbi dəstək göstərməkdir”-,təşkilatın yaydığı məlumatda deyilir.







Azvision.az



Teqlər: Həkim  





Xəbər lenti