İtmiş `Boeing`in şəkilləri yayıldı

İtmiş `Boeing`in şəkilləri yayıldı
  20 Mart 2014    Oxunub:1804
"Malaysia Airlines" aviaşirkətinin itmiş "Boeing 777" təyyarəsinə məxsus olduğu ehtimal edilən iki obyektin təsvir edildiyi peyk şəkilləri yayımlanıb.

AzVision.az xəbər verir ki, Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi (AMSA) rəsmi "Twitter" səhifəsində həmin şəkilləri paylaşıb. Şəkillərdə üzərində iki müxtəlif obyektin olduğu Hind okeanının səthi təsvir olunub.

Obyektlərdən birinin uzunluğu 24 metr, ikincisinin isə 5 metrdir.

AMSA-nın məlumatına görə, obyektlər Hind okeanının cənub hissəsində, Avstraliyanın Pert şəhərinin 2500 kilometr cənub-qərbində yerləşir.

Xatırladaq ki, göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvünün olduğu Kuala-Lumpurdan Pekinə uçan təyyarə martın 8-də radarların ekranından itib.


Teqlər:





Xəbər lenti