Meyiti kanaldan tapılan yeniyetmələrlə bağlı rəsmi açıqlama

  Meyiti kanaldan tapılan yeniyetmələrlə bağlı  rəsmi açıqlama
  06 Sentyabr 2021    Oxunub:904
Sentyabrın 6-da saat 13 radələrində Ağdaş şəhər sakinləri 2006-cı il təvəllüdlü Arifə Niftəliyeva və 2008-ci il təvəllüdlü Fatimə Usubovanın şəhərin İstiqlal küçəsindən keçən Ləki kanalından meyitlərinin aşkar edilməsi barədə Ağdaş rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Başprokurorluq  





Xəbər lenti