Rüstəm Muradov Qarabağdakı missiyasını başa vurub

  06 Sentyabr 2021    Oxunub :1161
   Rüstəm Muradov Qarabağdakı missiyasını başa vurub
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.
Azvision.az xəbər verir ki, general kontingent komandiri kimi missiyasını başa vurub. Görüşdə onu kimin əvəz edəcəyi açıqlanmayıb.

Arşak Karapetyan sülhün qorunmasına verdiyi töhfəyə görə Muradova təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesi polkovnik İqor Şerbakovun da iştirak etdiyi görüşdə Qarabağdakı sülhməramlı missiyanın gedişi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib.


İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Qarabağ   Azərbaycan  







Xəbər lenti