Türkiyədə COVİD-19-dan daha 271 nəfər vəfat edib

  06 Sentyabr 2021    Oxunub :344
Türkiyədə COVİD-19-dan daha 271 nəfər vəfat edib
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 271 nəfər vəfat edib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Belə ki, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 301 164 nəfər test edilib, 20 962 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 97 113 297 peyvənd tətbiq edilib

Azvision.az

Teqlər: COVID-19  







Xəbər lenti