Əfqanıstandakı xəstəxanaların 90 faizi bağlana bilər

Əfqanıstandakı xəstəxanaların 90 faizi bağlana bilər
  06 Sentyabr 2021    Oxunub:838
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstəklənən Əfqanıstandakı 2300 sağlamlıq müəssisəsinin təxminən 90% -i qısa müddətdə bağlana bilər.
Azvision.az xəbər verir ki, bunu ÜST -ün Şərqi Aralıq dənizindəki təcili əməliyyatlarının rəhbəri Rik Brennan “Reuters”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Əfqanıstan tibb müəssisələrinin Qərb sponsorlarının ölkədəki mövcud hökumətlə qarşılıqlı əlaqə qurmağa imkan verməyən öz qaydaları var. Brennan bildirib ki, Qətər səlahiyyətliləri tezliklə içərisində tibbi ləvazimatların olduğu üç təyyarəni Kabilə çatdıracaq.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti