Yüksək balla kənarda qalan abituriyent nə etməlidir? - DİM-in cavabı

 Yüksək balla kənarda qalan abituriyent nə etməlidir? -  DİM-in cavabı
  07 Sentyabr 2021    Oxunub:1421
Xəbər verdiyimiz kimi, bu il ali məktəbə sənəd verib, imtahanda iştirak edən və 500-dən yuxarı bal toplayan 20 abituriyent ali məktəbə qəbul olunmayıb. III ixtisas qrupunda 500-520 arası bal toplayan 2 abituriyent, IV ixtisas qrupu üzrə 600-610 arası bal toplayan 1 abituriyent, 500-dən yuxarı bal toplayan 17 abituriyent müsabiqədən keçə bilməyib.
600 bal toplayan abituriyent ona köməklik edilməsi üçün artıq Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət edib.

Bəs həmin abituriyentə köməklik ediləcək?

Dövlət İmtahan Mərkəzindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirib ki, yüksək bal toplayan abituriyentlər ərizələrində məqsədyönlü şəkildə bir ixtisası seçirlər. Bu artıq onun seçimidir və bunu yanlış dəyərləndirmək olmaz:

"Müsabiqə şərtlərini ödəyib, ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlər boş qalan yerləri seçə bilərlər.

Yüksək bal toplayıb ali təhsil müəssisəsinə qəbul olmayan şəxsə gəldikdə isə qeyd edə bilərəm ki, bəzən abituriyent məqsədyönlü şəkildə ərizəsində yalnız 1 ixtisası göstərir. Yəni onun məqsədi yalnız həmin ixtisasa qəbul olmaq olur. Lakin müsabiqə nəticəsində həmin ixtisas üzrə daha yüksək keçid balı formalaşır və o ali təhsil müəssisəsinə qəbul ola bilmir. Bu abituriyentin öz seçimidir və bu seçimi də yanlış dəyərləndirmək düzgün deyil".

Qeyd edək ki, 600 bal toplayan Elvina Əliyeva ixtisas seçimi zamanı Azərbaycan Tibb Universitetinin Tibb ixtisasını ingilis dili və rus dilləri üzrə önənişsiz və ödənişli əsaslarla yazıb. Bu il rus bölməsi üzrə Tibb ixtisasına keçid həm ödənişsiz, həm də ödənişli əsaslarda 602 bal olub.


Aytən Zəhra
Azvision.az







Teqlər:   İmtahan  





Xəbər lenti