Qeyri-sabit hava şəraiti davam edəcək

  07 Sentyabr 2021    Oxunub :290
Qeyri-sabit hava şəraiti davam edəcək
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 8-i gündüz saatlarınadək davam edəcək.
Bu barədə Azvision.az -a ETSN Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə saatlarında Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində intensiv və güclü olacağı ehtimalı var.

Sentyabrın 8-də axşama doğru yağıntılar tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi ayın 8-i səhər saatlarından tədricən mülayimləşəcək.

Azvision.az

Teqlər: ETSN  







Xəbər lenti