"Zəfər qələbəmiz idmançıları ruhlandırdı" - İlqar Rəhimov

   "Zəfər qələbəmiz idmançıları ruhlandırdı" -    İlqar Rəhimov
  07 Sentyabr 2021    Oxunub:874
"Hər bir idmançımızın nəyə qadir olduğunu bilirdik. Bu məlumatlar bizə əsas verirdi ki, nəticələr barədə düzgün proqnoz verək. Yarışdan əvvəl neçə qızıl medal qazana biləcəyimizi ifadə etmirdik. Amma paralimpiyaçıların Tokioda layiqli çıxış edəcəklərini gözləyirdik.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov jurnalistlərə müsahibəsində deyib.

Bəzi proqnozlarının baş tutmadığını deyən Komitə rəsmisi bildirib ki, qızıl medal gözlənilən idmançılar öz potensiallarından aşağı səviyyədə çıxış etdilər:

" Digərləri isə gözləmədiyimiz halda Paralimpiya çempionu oldular. Çünki uşaqlarda qələbə ruhu var idi. Azərbaycan xalqına, paralimpiyaçıların dostu olan Prezident İlham Əliyevə təşəkkür edirik. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində paralimpiyaçılarımız Vətənə zəfərlə qayıdıblar”.

İ.Rəhimov bildirib ki, Vətən müharibəsində qazanılan Şanlı Zəfər paralimpiyaçıların çıxışlarına da öz təsirini göstərib:

“Qələbə idmançıları çox ruhlandırdı. Söz verirəm ki, idmançılarımız bundan sonra daha məsuliyyətli hazırlaşacaqlar. Parisdəki Paralimpiadaya cəmi üç il qalıb. Qısa müddətdə hazırlıqlarımızı görməliyik. Yeni komanda formalaşdırılmalıdır. Təbii ki, indiki heyətdən yeni komandada da yer alan idmançılar olacaq. Çünki komandamız çox gəncdir. Biz seleksiya işlərini davam etdirməli və yeni idmançıları cəlb etməliyik. Bu istiqamətdə işlər görülür. Əsas işlərimizdən biri Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin Paralimpiya hərəkatına cəlb edilməsidir”.

Azvision.az


Teqlər: Paralimpiya   İdmançı  





Xəbər lenti