Azərbaycanda məktəblər bu tarixdən açılır

   Azərbaycanda məktəblər bu tarixdən açılır
  07 Sentyabr 2021    Oxunub:1346
Uzun fasilədən sonra Azərbaycan ənənəvi təhsilə qayıdır.

Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinqdə deyib. Onun sözlərinə görə, ənənəvi təhsil mərhələli şəkildə keçiriləcək.
"22 sentyabr tarixindən etibarən 1-ci və 4-cü siniflər, 29 sentyabr tarixindən 5-ci və 11-ci siniflərin tədrisi başlayır. 29 sentyabrdan həmçinin ali məktəblər, peşə məktəbləri, kolleclər açılacaq".

Nazir qeyd edib ki, dərslər əvvəlki kimi həftədə 5 dəfə, bəzi məktəblərdə isə 6 dəfə olmaqla bərpa olunacaq.

Aytən Zəhra
Azvision.az



Teqlər: Məktəb  





Xəbər lenti