"Virusa yoluxan valideyinlər uşaqlarını məktəbə göndərirdi" - Təhsil nazirinin müşaviri

  07 Sentyabr 2021    Oxunub :490
   "Virusa yoluxan valideyinlər uşaqlarını məktəbə göndərirdi" -  Təhsil nazirinin müşaviri
"Valideynlər məktəb qarşısında sıxlıq yaradır. Biz məktəb daxilində qaydaları təmin edirik. Xahiş edirəm ki, valideynlər məktəb qarşısında məsafə saxlasınlar".
Azvision.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Xəlilov 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinqdə deyib. Onun sözlərinə görə, keçən il COVID olan valideynlər uşaqlarını məktəbə göndərirdi.

"Bu isə yoluxma sayının artmasına təsir edirdi".

Aytən Zəhra
Azvision.az

Teqlər: Məktəb  







Xəbər lenti