Çinə milyardlar qoymaq böyük səhvdir – Corc Soros

  07 Sentyabr 2021    Oxunub :435
   Çinə milyardlar qoymaq böyük səhvdir –    Corc Soros
Amerikalı sahibkar Corc Soros Çinə milyardlarla dollar sərmayə qoyan “BlackRock Inc”in hərəkətlərini tənqid edib və şirkətin bu pulu itirmək ehtimalının yüksək olduğunu bildirib.
"Çinə milyardlarla dollar qoymaq indi faciəli bir xətadır. Bu ilk növbədə “BlackRock”un müştəriləri üçün pul itkisi ilə nəticələnə bilər və daha da önəmlisi odur ki, ABŞ-ın və digər demokratik ölkələrin milli təhlükəsizlik maraqlarına ziyan vura bilər”, - Azvision.az xəbər verir ki, bu barədə Corc Soros “The Wall Street Journal”da dərc olunan məqalədəsində yazır.

Soros hazırda ABŞ-ın Demokratlar Partiyanın nüfuzlu tərəfdarı olaraq qalsa da, artıq bizneslə məşğul olmur, Amerikanın maliyyə dairələrində onun səsinin böyük rolu yoxdur və “ Wall Street”də azlıqda qalır. “BlackRock”, “Goldman Sachs Group Inc”. və digər böyük şirkətlər Çindəki imkanların riskləri üstələdiyini hesab edirlər.

Beynəlxalq investisiya şirkəti “BlackRock” avqust ayından Çində fiziki şəxslərə investisiya məhsulları təqdim etməyə başlayıb. İki ay əvvəl şirkət Çinin tam xarici investisiya əsasında fəaliyyət göstərən ilk fondu kimi qeydiyyatdan keçib.

Nadir Quliyev
Azvision.az

Teqlər: Soros   Çin  







Xəbər lenti